İran

Xamneyinin “SEPAH”-dakı nümayəndəsi: “Qorxmadan əli tətikdə olan qüvvələr yetişdirilməlidir”

Hüseyn Təyyibifər dövlət qurumlarına sızmaların olduğunu etiraf edib.

Əli Xaməneyinin İran İnqilab Keşikçiləri Korpusundakı nümayəndəsi Hüseyn Təyyibifər dövlət qurumlarına sızmaların olduğunu etiraf edib və bunun qarşısının alınması üçün daha sərt tədbirlərin görülməsinin vacibliyini deyib.

O, “SEPAH”a, onun komandanlıq mərkəzlərinə və kəşfiyyat bölmələrinə “virus” və “termit”lərin sızmaq cəhdlərinin qarşısının alınması, “inqilab dəyərlərinin qorunması” üçün qorxmadan əli tətikdə olan və hər an atəş aça bilən kadrların yetişdirilməsinə ehtiyac olduğunu söyləyib.

Qeyd edək ki, İran hökumətinin təhlükəsizlik məmurları və silahlı qüvvələrin zəruri hallarda silahdan istifadəsinə dair qanuna dəyişiklik etmək üçün göndərdiyi qanun layihəsi İslami Şura Məclisinin gündəmində salındı.

Hazırkı qanunda qeyri-qanuni nümayişlərdə və silahlı iğtişaşlarda təhlükəsizliyi təmin etmək üçün  əməliyyatlar komandirinin əmri ilə yalnız hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahdan istifadə etməsinə icazə verilir.

Xaməneyinin “SEPAH”dakı nümayəndəsi Hüseyn Taibifərin son çıxışı İranda etiraz aksiyalarının genişləndiyi və mütəxəssislərin cari ili İran hökuməti üçün vətəndaşların narazılıq səviyyəsinə görə ən çətin ili olduğu ilə bağlı proqnozları ilə eyni vaxta dəsadüf edir.

Onlar, hökumətin gözlənilən daha güclü etiraz dalğalarını yatırmaq üçün silahlı qüvvələrə narazılara qarşı silahdan istifadə etmək üçün daha geniş ixtiyarlar vermək niyyətində olduğunu bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button