Azərbaycan

Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağı dalğalandırıldı

Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağını dalğalandırıb

 Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri intensivləşmişdi.
Qeyri-qanuni erməni silahlı dəstələri bu yoldan döyüş mövqelərinin təchizatını həyata keçirmək üçün istifadə edirdi. Bu ərazilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında idi.
Martın 25-də Müdafiə Nazirliyinin  yaydığı açıqlamada Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirlərin həyata keçirildiyi bildirilirdi.
Nazirliyin martın 30-da yaydığı məlumatda isə yeni yüksəkliklərin nəzarətə götürüldüyü qeyd olunmuşdu.
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button