Dünya

Xersonda yüzlərlə insan itkin düşüb

Xerson vilayətinin 32 yaşayış məntəqəsində 3,6 min evi su basıb. Bölgədən gələn rəqəmlər əsl fəlakəti göz önünə sərir.

Xerson vilayətinin Rusiyanın işğalı altında qalan yerli “hakimiyyət orqanları” 8 nəfərin öldüyünü açıqlayıb. Lakin bu rəqəm ciddi qəbul olunmur. Azvision.az xəbər verir ki, Alyoşki şəhərini ukraynalı meri təkcə bir məntəqədə 9 nəfərin öldüyünü açıqlayıb.

Əslində, yüzlərlə işanın ölümündən danışmaq olar. İnsanlar ölməkdə davam edir – onları axın aparır, cəsədləri tapmaq olmur.

Su basmış qəsəbələrdə çalışan könüllülər 150 itkin düşmüş adam tapdıqlarını deyirlər. Evakuasiya üçün müraciətlərin sayı 1500-ü keçib. Onların arasında uşaqlar, hərəkətsiz qocalar, sağlamlıq imkanları məhdud insanlar var.

Xəritəyə görə, bəzilərinin xilas olunmaları üçün üç saatdan da az vaxt qalıb. Çünki su tavanlara çıxıb.

Su basmış ərazilərdə çox az sayda könüllü olsa da, Rusiya işğalçıları onları şəhərlərə buraxmır.

Bioloji təhlükə getdikcə artır. Su qəbiristanlıqlara qədər axıb və heyvan cəsədlərini özləri ilə bərabər götürür ki, bu da xəstəliklərin yayılmasına şərait yaradır.

Ayrı bir təhlükə su anbarının dibində yığılmış lillərdən gəlir. Agentliklər bəndin mövcud olduğu 67 il ərzində lillərdə sənaye çirklənməsi və ağır metalların toplandığını təsbit ediblər.

Ukrayna prezidenti Vladimir Zelenski isə Almaniyanın “Bild” qəzetinə müsahibəsində beynəlxalq təşkilatlara qəzəb püskürüb: “Ukraynaya dəstək verən beynəlxalq təşkilatlara təşəkkür etmək istərdim, amma təşəkkür edəcək kimsə yoxdur. BMT və Qırmızı Xaç nümayəndələri buraya gəlmədilər.

Polislərimiz, xilasedicilərimiz, yerli hakimiyyət orqanları və sadə ukraynalılar insanların xilas edilməsinin yardım etdilər”,-deyə Zelenski bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button