Azərbaycan

ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır

ABŞ hakimiyyəti Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemlərinin alınması üçün “Raytheon Missiles and Defense” şirkətilə 1,216 milyard dollarlıq müqavilə imzalayıb.

Bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

Bundan əlavə, müqaviləyə təkcə hava hücumundan müdafiə sistemləri deyil, həm müvafiq avadanlıq, həm ehtiyat hissələri, həm də Ukrayna ordusu üçün təlim və maddi-texniki dəstək də daxildir.

Qeyd olunub ki, altı “NASAMS” batareyasının alınması Ukraynaya təhlükəsizlik sahəsində yardımın beşinci paketinin bir hissəsidir. (report)

Related Articles

Bir cavab yazın

Back to top button