AzərbaycanİranMəqalələr

Xiyabani hərəkatı və Azadistan Cümhuriyyəti (1920)

İranda 1918-1921-ci illər qeyri-sabitliyin hökm sürdüyü bir dövrdür.

Məşrutə elanına böyük töhfə verən Təbriz xalqı bu dövrdə də millət və dövlət mübarizəsini davam etdirmişdir.

Məşrutə elanından sonra qısa müddətə Təbrizdən millət vəkili seçilən Şeyx Məhəmməd Xiyabani 1918-1920-ci illərdə İngiltərə və Rusiyanın İrana müdaxiləsinin qarşısını almaq üçün mübarizə aparmışdır. 1917-ci il avqustun 24-də Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Demokrat Firqəsi yaradıldı. ADF-nin orqanı “Təcəddüd” (“Yeniləşmə”) qəzetində demokratlar ölkədən xarici işğalçıların qovulmasını, Güney Azərbaycana muxtariyyət verilməsini tələb edirdilər.

Şeyx Məhəmməd Xiyabaninin 6 aprel 1920-ci ildə başlatdığı və tarixə Xiyabani hərəkatı adı ilə daxil olan inqilab Təbrizdə qısamüddətli də olsa, Azadistan Respublikasının elan edilməsi ilə nəticələnmişdi. Şeyx Məhəmməd Xiyabaninin qurduğu hökumət xalq üçün çox əhəmiyyətli işlər görmüşdü.

Ancaq Təbriz və ətrafındakı torpaq ağaları ilə razılaşan Tehran 11 sentyabr 1920-ci ildə Azadistan Respublikasına hücum etmişdir. Bu hücum nəticəsində Şeyx Məhəmməd Xiyabaninin qısamüddətli respublika təcrübəsi sona çatmış və o, silahlı qarşıdurmada öldürülmüşdür.

Related Articles

Bir cavab yazın

Back to top button