İran

Xiyavda güclü külək bir sıra fəsadlar törədib

Güclü külək Xiyavda altquruluşa və ictimai yerlərə ziyan vurub. Məsələ ilə bağlı fərvərdin 4-də Xiyavın bələdiyyə başçısı məlumat verib. Rəhmət Ənvərinin sözlərinə görə, şəhərin təbliğat tablolarına, müsafir dayanacaqlarına və bəzək çıraqlarına ziyan dəyib. Təbii fəlakət divarların çökməsinə, bəzi evlərin və dükanların şüşələrinin qırılmasına səbəb olub. Güclü külək eləcə də yollarda hərəkəti məhdudlaşdırıb. Nəticədə bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Xiyav Vilayətinin Havaşünaslıq İdarəsi qasırğanın şiddətindən bir neçə böyük və kiçik yük maşının şəhərarası yollarda aşdığını bildirib. Dəyən ziyanın miqdarı hələ bəlli edilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button