Azərbaycanİran

Xiyavda təbii fəlakət- Bir neçə nəfər itkin düşüb

Ərdəbil əyalətinin Xiyav (Meşkin) şəhərində baş verən sel nəticəsində bir neçə nəfər itkin düşüb.

Bu barədə şəhər fərmandarı Şəhram Məhəmmədi açıqlama verib.

O, selin 4 minik avtomobilini apardığını, 3 avtomobilin sərnişinlərinin xilas edildiyini, bir avtomobilin sərnişinlərinin isə itkin düşdüyünü deyib.

Məhəmmədi avtomobildə neçə sərnişinin olduğu barədə məlumat verməyib.

Qeyd edək ki, Xiyav bölgəsidə yağan güclü yağış və doludan sonra sel daşqını olub.

Bölgədə kənd təsərrüfatı, yollar və kommunikasiya xətlərinə ciddi ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button