Azərbaycan

Xiyavın neçə min illik daş litoqrafları məhv edilir

Güney Azərbaycanın Ərdəbil əyalətinin Xiyav mahalında yerləşən neçə min illik litoqraflar qorunmur.

Güney Azərbaycanın Ərdəbil əyalətinin Xiyav mahalında yerləşən neçə min illik litoqraflar qorunmur və onların üzərində sonradan qazılan, yazılan yazılar tarixi daş yazıların aradan getməsinə səbəb olur.

Əyalətin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının məsuliyyətsizliyi ucbatından Xiyavın “Şeyx Mədi” bölgəsində yerləşən çox sayda daş yazılar ziyarətçilərin yadigar yazmaq lövhəsinə çevrildiyi üçün onların üzərində neçə min illər öncə qazılmış simvollar görünməz hala düşüb.

Bu barədə Təbrizin “azərəncümən” saytı məlumat paylaşaraq tarixi əsərlərin məhv olması barədə xəbərdarlıq edib.

Məlumata münasibət bildirən sosial media fəalları və istifadəçiləri əlaqədar qurumların məsuliyyətsiz davranışlarını tənqid edib və Azərbaycanın tarixi əsərlərinin qorunması tələbi ilə kampaniya başladılmasını təklif ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button