Dünya

Xorvatiyada 6,4 bal gücündə zəlzələ olub

Xorvatiyada 6,4 bal gücündə zəlzələ olub.

Məlumatı Avropa-Aralıq dənizi seysmoloji mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi əhalisi 800 min nəfərdən çox olan Zaqreb şəhərindən 51 km cənub-şərqdə, əhalisinin sayı 50 min nəfərə yaxın olan Sisak şəhərindən 9 km cənub-qərbdə yerləşib.

Zəlzələ 10 km dərinlikdə baş verib. Qurbanlar və dağıntılar barədə məlumat yayılmayıb.

Qeyd edək ki, dekabrın 28-də Xorvatiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button