İran

Xoy əyalətində yeni gömrük kompleksi istifadəyə veriləcək

Çaypara və Xoy vilayətləri üzrə məclis nümayəndəsi Adil Nəcəfzadə bildirib ki, Xoy Əyalətində yeni gömrük salınır. Bununla da Razi Mərz Terminalı ərazisində ortaq mərz bazarı təkmilləşdiriləcək.
Adil Nəcəfzadənin sözlərinə görə, piləvəri kartı barədə məsələlər və müşküllər öz həllini tapacaq. Eləcə də terminalın yerindəki ortaq mərz bazarında yenidənqurma işləri aparılacaq. Bununla da Piləvərlər Taavünisinin təşkili planlaşdırılır. Məlumata görə, mərz ticarət mübadilələrini asanlaşdırmaq məqsədilə Qotur şəhərində icra idarələri yerləşdirilib və iki dövlət bankının da yerləşdirilməsi üçün mücəvviz verilib. Qısa müddətdə ərazidə mərizxananın da tikiləcəyi açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button