Azərbaycanİran

Xoy mahalında su qıtlığı yaranıb

Qərbi Azərbaycan əyalətinin Xoy mahalında su qıtlığından kənd təsərrüfatı və əkin sahələri məhv olur.

Bölgənin sosial media fəalları və yerli əhali dövlət qurumlarına müraciətlərin cavabsız qaldığına görə Regional Su Şirkəti və Urmiyadakı əyalət valiliyinin binası qarşısında etiraz aksiyası keçirməyə hazırlaşdıqlarını bildiriblər.

Bir müddət əvvəl Xoy şəhərində su qıtlığına etiraz olaraq fərmandarlıq binasının qarşısında aksiya keçirilib.

Qeyd edək ki, bir sıra ekoloq və mütəxəssislər İran hökumətinin yanlış idarəetmə üsulu nəticəsində bu ölkədə su böhranının başladığını, yeraltı su qaynaqlarının 55 faizinin tükəndiyini bildirirlər.

#Xoy #su

Related Articles

Bir cavab yazın

Back to top button