Azərbaycanİran

Xoyda nə baş verir? – “İran bu addımı ilə türkləri oradan təmizləməyə çalışır” – Cənubi azərbaycanlı ekspertdən ÖZƏL AÇIQLAMA

“Təəsüflə qeyd etməliyəm ki, artıq iki həftədir ki, İranın Xoy şəhərində zəlzələ olub. Lakin İranın zəlzələdə zərər çəkən azərbaycanlılara qarşı xüsusi olaraq, ögey münasibəti və məsələyə heç bir reaksiya verməməsi diqqət çəkən məqamlardandır”.

Bu sözləri Cənubi Azərbaycandandan olan siyasi analitik Elyar Kamrani Ednews-a açıqlamasında deyib.

Elyar Kamrani bildirib ki, İran hökuməti iki həftə ərzində sanki Xoyda heç bir şey olmamış kimi davranır və bunu gündəmə gətirmək belə istəmir.

“Rəsmi Tehran bu hərəkəti ilə açıq şəkildə Azərbaycan dövlətini öz çərçivəsində tanımadığını bəyan etməyə çalışır”.

Siyasi ekspert İranın Suriya və digər ölkələrə yardım əlini uzatdığı təqdirdə, ölkəsindəki xalqı nəzərindən kənarda tutması ilə bağlı bunları əlavə edib.

“İran Suriyada, Livanda və Yəməndəki hadisələrə heç də etinadsız qalmır. Lakin bir şeyi unudur ki, o, birinci növbədə ölkəsindəki ehtiyacları qarşılamalıdır. Halbu ki, rejim onların haqqından kəsib ölkəsindən xaricdə yaşayan digər dövlətlərə dəstək göstərir. Bununla İran bir daha demək istəyir ki, Azərbacan xalqı onun siyasi çərçivəsindən kənardır və o, yalnız öz siyasi xəttində olan tərəfləri mühüm hesab edir”.

Elyar Kamrani əlavə edib ki, Xoydakı zəlzələnin ilk günlərində rejim bu hadisələrin gündəmə çıxmasını istəməyib, əksinə ora edilən yardımların belə qarşısını almağa çalışıb. Hətta xatırladaq ki, 4 nəfər ərəb əsilli şəxslər ora yardım aksiyasını başladarkən rejim tərəfindən həbs ediliblər. Ekspertin fikrincə, Tehran bununla oradakı xalqa qarşı bir növ etnik təmizləmə siyasətinə başlayıb.

“İranın belə bir addımını oradakı azərbaycanlı türklərinə qarşı bir soyqırım cəhdi də adlandırmaq olar. Təbii ki, İran istəyir ki, orada yaşayan xalq bu cür davranışlardan bezib oranı tərk etsinlər. Bununla da rejim arzusunda olduğu toplumu həmin ərazilərə köçürə bilsin”.

Elnur Ənvəroğlu

Related Articles

Bir cavab yazın

Back to top button