Azərbaycanİran

Urmu gölü yaya kimi yoxa çıxa bilər

Tanınmış ekoloq Məhəmməd Dərviş Urmu gölündə ekoloji vəziyyətin daha da pisləşdiyini və qarşıdakı yay aylarında gölün tamamilə yox olmaq ehtimalının yüksək olduğunu deyib.

Urmu Gölünün Bərpa Qərargahının fəaliyyətinin faktiki dayandırıldığını deyən ekoloq, adı çəkilən qurumun 8 il müddətində ciddi iş görmədiyini söyləyib.

“Urmu Gölünün Bərpa Qərargahının fəaliyyəti dayandırılıb. Bu qurum 8 il boyu heç bir ciddi iş görmədi. İndi isə onu Qərbi Azərbaycan əyalətinin valisinin nəzarətinə veriblər.

Vali isə əvvəl bir gündən bərpa qərargahının qurulması ilə müxalif olub. Məsuliyyətin valiyə tapışırıldığına görə, Urmu gölünün yenidən canlanması üçün son ümidlərdə boşa çıxdı”,- deyə, tanınmış mütəxəssis bildirib.

Qeyd edək ki, hazırda Urmu gölünün 94 faizi quruyub və qalan 6 faizindən yay aylarında quruyacağı ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button