İran

Xoyda və Cənubi Xorasanda zəlzələ baş verib

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4 rişter gücündə zəlzələ olub. Yeraltı təkanlar zamanı itki qeydə alınmadığı bildirilir. Tehran Danişqahının Jeofizik İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ yerli vaxtla saat 09:16-da 7 kilometr dərinlikdə baş verib. Zəlzələnin mərkəzi Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən 11, Evoğludan 26 və Şərqi Azərbaycan əyalətinin Təsuc şəhərindən 33 kilometr aralıda yerləşib. Qərbi Azərbaycan Böhran İdarəetmə Mərkəzinin Baş müdiri Əmir Abbas Cəfəri nicat və imdad qruplarının bölgəyə göndərildiyini bildirib. Məlumata görə, Güney Xorasan əyalətinin Firdovsi şəhərində də 4,6 rişter gücündə zəlzələ qeydə alınıb. Bu barədə Tehran Danişqahının lərzənigari Mərkəzi açıqlama yayıb. Zəlzələnin 10 km dərinlikdə baş verdiyi bildirilib. Güney Xorasan əyalətinin Qızıl Ay Cəmiyyətinin müdiri Məhəmmədriza Rzai yeraltı təkanlar nəticəsində itki və dağıntının olmadığını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button