O, 1955 tikilinin 50% xəsarət aldığını və 138 evin isə tamamilə istifadəyə yararsız vəziyyətə düşdüyünü açıqlayıb.
Qeyd edək ki, yanvarın 18-i yerli vaxtla saat 13:19 və 13:38 dəqiqədə 3.6 və 5.4 bal gücündə qeydə alınan zəlzələ yerin 12 kilometr dərinliyində baş verib.
Soyuq havada çöldə və çadırlarda qalmağa məcbur olan xoylular, rəsmi iddiaların əksinə olaraq Qızıl Aypara Cəmiyyəti və başqa dövlət qurumlarının onlara yardım etmədiklərini bildirirlər.
Sosial mediada paylaşım edən və vəziyyətləri ilə bağlı videolar paylaşan vətəndaşlar yardımla bağlı rəsmi mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edirlər.