İran

Xuzistanda həbs edilən 213 etirazçıya qarşı ittiham aktı tərtib edilib

Xuzistan əyalətinin məhkəmə başçısı Əli Dehqani bu əyalətdə davam edən etirazlar zamanı saxlanılanlardan 213 nəfərinin işi üzrə ittiham aktının tərtib edildiyini açıqlayıb.

O, bundan öncə Xuzistan əyalətində son etiraz aksiyaları zamanı həbs edilən 105 nəfərin işi üzrə ittiham aktının tərtib edilərək əyalətin məhkəmələrinə göndərildiyini deyib.

Əli Dehqani saxlanılanları iğtişaşçı adlandırıb və onların barəsindəki cəzalarının cinayət işlərinin uyğun olaraq ayrıldıqlarını deyib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, ölkədə başlayan və davam etməkdə olan etiraz aksiyaları zamanı 13 mindən çox vətəndaş həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button