İran

Şirazda Şahçıraq ziyarətgahına silahlı hücum-Ən azı 15 nəfərin həlak olduğu bildirilir

İran mediasının yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 17:45-də 3 nəfər silahlı şəxsiŞirazda yerləşən Şahçıraq ziyarətgahına hücum edib.

Hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

İran Məhkəmə Sisteminə bağlı “Mizan” xəbər agentliyi bunu terror hərəkəti adlandırıb və hücumçulardan ikisinin saxlanıldığını, üçüncüsünün isə saxlanılması üçün axtarışlar aparıldığını bildirib.

Xaricdə fəaliyyət göstərən bir sıra fars dilli media orqanları və İran hökumətinə müxalif təşkilatlar bunun arxasında rejimin təhlükəsizlik qurumlarının əli ola bləcəyi barədə ehtimallar irəli sürüblər.

Related Articles

Bir cavab yazın

Back to top button