AzərbaycanDünyaİran

“Azadlıq və Ədalət Yürüşü” üçün 2-ci çağırış

MEDİA AÇIQLAMASI

Vətənimiz Azərbaycanın və İranda yaşayan bütün Türk boylarının hüquqlarını qorumaq, eyni zamanda beş aydan artıq başlamış ayaqlanmalar nəticəsində ortaya çıxmış siyasi durum biz türklərin dayanışma və aktivləşmə zərurətini qaçılmaz etmişdir. Bu doğrultuda Avrupada yaşayan türklər olaraq meydanda olmağa, fəaliyyətlərin koordinasiya əsasında davamlı olması üçün bir araya gələrək Avropada düzənli şəkildə aksiyalarn keçirməsinə qərar verdik.
Avropada yaşayan Güney Azərbaycan Türklərinin bu təşəbbüsü ilə əlaqədar əsasən diaspora fəallarından, eləcə də ictimai-siyasi və mədəni simalardan ibarət sayı 200 nəfəri aşan qrup formalaşdırdıq və Qrup üzvləri arasında ümumi səsvermə ilə 14 maddəlik iş planı təsdiq edildi.
Zoom üzərindən keçirilən iki toplantıdan və ardıcıl müzakirələrdən sonra aksiyanın gerçəkləşdirilməsi üçün Koordinasiya Mərkəzi yaradıldı.
Koordinasiya Mərkəzində üç qrup fəaliyyət göstərir.
1.Maliyyə Qrupu
2.Logistika Qrupu
3.Media Qrupu
Qrupların aksiya üçün icazə alınması, soydaşlarımızı Brüssele gətirmək, tribuna üçün platforma hazırlamaq, afişa və bayrağların hazırlanması, eləcə də media və reklam məsələləri ilə bağlı hazırlıqları davam edir .
Aksiyanın hazırlanması üçün yaradılan Koordinasiya Mərkəzinin tərkibindən Şərifə Xanım Cəfəri və Saleh Bəy Kamrani sözçü olaraq seçilmişlər.
Elə həmin mərkəz tərəfindən ilk aksiyanın adı AZADLIQ , ƏDALƏT” Yürüşü təyin edilmişdir.
Aksiya ilə əlaqədar bütün duyurular sözçülər vasitəsilə elan ediləcəkdir.
Artıq birinci çağırış verildi və aksiyada iştirak etmək istəyən hər kəsdən bu təşəbbüs için hazır olmasını istədik .
KM-nin toplantısında təyin edilən şüarlar isə bunlardan ibarətdir :
*Azadlıq Ədalət, Milli hökumət!
*Qadın, Yaşam, Azadliq!
*Stop Racism, Stop Discrimination in İran!
*Terrorist SEPAH!
*Yox deyirik – Şahına da, şeyxinə də!
*Şah bizə rəhbər olmaz,
Şeyx bizə öndər olmaz!
*Urmu Gölü can verir, İran onun qətlinə fərman verir!
Müzakirələr nəticəsində aksiyada Güneyin mücadilə bayrağının qaldırılmasna qərar verilmişdir.
İkinci çağırışda yer və zamanla əlaqəli ətraflı məlumat veriləcək .
Ətraflı məlumat almak istəyən media mənsubları, qurum və təşkilatlar adları qeyd olan sözculərlə əlaqə yarada bilər.
Saleh Kamrani : 0046705973668
Şərifə Cəfəri: 00491776354210

#azadliq_ədalət

Related Articles

Bir cavab yazın

Back to top button