İran

“Yağış” jurnalının fəaliyyəti dayandırıldı

Azərbaycan Cümhuriyyətinin Qarabağ savaşındakı zəfərini dəstəklədiyi üçün “Yağış” dərgisinin yayımı dayandırılıb. Məsələ ilə bağlı azərbaycanlı fəal, Rəşt Danişqahının “Yağış” dərgisinin məsul müdiri İbrahim Gənci Əfsuran məlumat verib. Onun sözlərinə görə, Azərbaycan türklərinin fəaliyyətinə icazə verilmədiyindən danişqah məsulları jurnalın yayımını dayandırıb.

“Danişqah məsulları bu dərgiyə qarşı çıxmalarının səbəbi barədə bizə hər hansı yazılı hökm verməyiblər. Ancaq başdan etiraz etmələrinin səbəbi ölkədə ayrı-ayrı xalqların, özəlliklə Azərbaycan türklərinin fəaliyyətinə icazə verilməməsi olub”, – deyə İbrahim Gənci bildirib.

Azərbaycanlı fəal danişqah məsullarının dərginin ilk sayından yazılara sansur tətbiq etdiklərini də diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button