Dünya

Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb

Yaponiyanın Tanegashima adasında yerləşən kosmodromdan yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuş peyk ilə H-IIA raket buraxılıb.

Raket buraxılışı Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən canlı yayımlanıb.

Məlumata əsasən, bu yeni peyk orbitdəki digər Yaponiya peyklərindən məlumat alacaq və Yerə ötürəcəkdir.

O məlumatları həmişəkindən yeddi qat daha sürətli ötürə bilir və gündə orta hesabla təxminən 9 saat işləyir.

Related Articles

Bir cavab yazın

Back to top button