Dünya

Amerika senatorları Baydeni İran neftinə qarşı sanksiyaları sərtləşdirməyə çağırıblar

Bir qrup Amerika senatoru prezident Co Baydenə məktub yazaraq İranın neft ixracını tənqid edib, bu ölkənin neft sanksiyalarının icra edilməsini, habelə artmaqda olan İran neft tankerləri və Tehran neftinin alıcılarına qarşı tənbehedici addımların atılmasını tələb ediblər.

“Aznews tv” xəbər verir ki, 10 senatorun imzası ilə yanvarın 28-də respublikaçı (Cumhuriyyətçi) senator Tom Kotton tərəfindən yayılan bu məktubda bildirilib: “Gəmi sahibləri və İran neftinin Çindəki müştəriləri Bayden hökumətinin onları tənbeh etmək üçün çox zəif və tərəddüdlü olduğuna inanaraq, Tehranla neft mübadiləsində daha böyük risklərə girirlər”.

Senatorlar habelə qeyd ediblər ki, Bayden hökuməti İranın neft ixracının əhəmiyyətli dərəcədə artmasına qarşı lazımi addımları atmaqdan çəkinir və Ağ Evin nüvə danışıqları ilə bağlı narahatlığına görə hərəkətə keçmək istəməməsi “cinayətkarları” daha da cəsarətləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button