Dünya

Yaponiya Özbəkistana 136,5 milyon dollar təcili kredit ayırıb

Özbəkistan koronavirusun mənfi nəticələrini aradan qaldırmaq üçün Yaponiyadan 136,5 milyon dollar təcili borc almağa qərar verib.
Yaponiyanın Özbəkistandakı səfiri Yoshinori Fujiyama və Özbəkistan Maliyyə nazirinin müavini Odilbek İsakov 26 mart tarixində 15 milyard yen (136,5 milyon ABŞ dolları) məbləğində kredit sazişi üzrə nota müqaviləsini imzalayıblar.
Faiz dərəcəsi 0,01% və ödəmə müddəti 15 il olan (ilk 4 il güzəşt müddəti hesab edilir) bu məbləğ Özbəkistana COVID-19 böhranından çıxmaq üçün maddi dəstək məqsədi ilə verilir.
Qeyd edək ki, Özbəkistanın 1 yanvar 2021-ci il tarixinə dövlət borcu 23,3 milyard dollar və ya ümumi daxili məhsulun 40,4% -ni təşkil edib

Related Articles

Bir cavab yazın

Back to top button