Azərbaycan

Azərbaycan Şahdəniz yatağından 45 milyard kubmetrdən çox qaz alıb

2006-cı ilin noyabrından istismara verildiyi zamandan 1 mart 2021-ci il tarixinədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından ümumilikdə 138,2 milyard kubmetr təbii qaz hasil edilib.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu müddət ərzində Şahdəniz yatağından 93 milyard kubmetr qaz ixrac edilib.
Bu məlumatlara əsasən, demək olar ki, hesabat dövrü ərzində 45.2
milyard kubmetr qaz Azərbaycanın daxili bazarına yönəldilib. Yəni Azərbaycan hər il daxili bazarında orta hesabla 3,2 milyard kubmetr “Şahdəniz” qazı işlədib.

Related Articles

Bir cavab yazın

Back to top button