İran

İran Məhkəməsi azərbaycanlı milli fəal barədə hökmü təyid etdi

Doğu Azərbaycan əyalətinin Təcdidenəzər Məhkəməsi milli fəal Ruzbeh Pi:ri barədə birinci məhkəmənin hökmünü təyid edib.

Bununla bağlı təbrizli fəal məhkəmə orqanının elektron sistemi vasitəsilə aldığı bildirişdə məlumat alıb.

Bildirişdə göstərilir ki, Şərqi Azərbaycan əyalətinin Təcdidenəzər Məhkəməsinin 12-ci şöbəsi birinci məhkəmənin onun barəsində çıxardığı 5 milyon tümənlik nağd cəriməni təyid edib.

Sənəddə habelə göstərilir ki, İran Keyfəri Dadresi Qanununun 455-ci maddəsinə əsasən milli fəalın barəsində çıxarılan hökmə verdiyi etiraz şikayəti əsassız sayılıb. Onun barəsində çıxarılan “ictimai şəbəkələrdə yalan xəbərlər yaymaq” ittihamı təyid edilib.

Xatırladaq ki, milli – mədəni fəal Ruzbeh Pi:ri qardaşı Yaşar Pi:rinin tutulması və basqılara məruz qalması ilə bağlı yaydığı məlumatlara görə, avril ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 16-cı şöbəsinə çağırılıb.

Qazi Musəvi “İnstagram” hesabında yaydığı məlumata görə, milli fəalı “rejimə qarşı təbliğat aparmaq” və “yalan bilgilər yaymaq” ittihamlandırıb.

Ruzbeh Pi:ri dindirildikdən sonra 80 milyon tümən vəsiqə qarşılığında məhkəməyə qədər müvəqqəti azad edilib.

Bildirək ki, Yaşar Pi:ri fevriyənin 21-də şəxsi geyimli əmniyət məmurları tərəfindən tutulub. Tutularkən infiradidə ona işgəncə verilib.
Mədəni fəalın sağlıq durumu ağır olduğu üçün üç gün təkadamlıq həbs otağında saxlanıldıqdan sonra 50 milyon tümənlik vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb və Təbrizin “İmam Riza” mərizxanasına yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button