AzərbaycanDünya

Yaponiya Xoy zəlzələsindən zərər çəkənlərə yardım edib

Yaponiya Xoy zəlzələsindən zərər çəkənlərə təcili yardım materialları göndərib.

Bu barədə Yaponiyanın Tehrandakı səfirliyi özünün tvitter səhifəsində məlumat yayıb.

Məlumatda Tehranın İmam Xomeyni hava limanına 5500 nəfərlik soyuqdan qoruyucu yüklərin təhvil verildiyi bildirilib.

Bundan öncə Almaniyanın xoylulara ayırdığı 500 min avro yardım barədə Tehran hökuməti məlumat verməyib.

Bu, Almaniyanın Tehrandakı səfiri Hans-Odo Motselin paylaşımından sonra üzə çıxıb.

Qeyd edək ki, Almaniyanın Tehrandakı səfirliyi BMT-nin rəhbərliyi altında Xoy zəlzələsindən zərər çəkənlər üçün 500.000 avro (25 milyard tümən) yığılması ilə bağlı paylaşım edib.

Tehran hökuməti rəsmi məlumatlarda bu barədə hər hansı bir açıqlama verməyib, yalnız Ermənistan və Rusiyanın yardım göndərdiyini iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button