İran

Yaşar Piri xəstəxanadan evə buraxılıb

Təbrizdə yaşayan milli-mədəni fəal Yaşar Piri marsın 9-da müalicə olunduğu mərizxanadan evə buraxılıb.
O, fevriyyənin 21-də əmniyyət məmurları tərəfindən saxlanılan zaman fiziki zorakılığa məruz qalıb. “Sepah”ın istintaq bölməsində də milli-mədəni fəala işgəncələr verilib. Aldığı xəsarətlərdən böyrəkləri və ağ ciyərləri zədələnən fəal fevriyyənin 26-da Təbrizin İmam Riza Mərizxanasına yerləşdirilib. Yaxınlarının açıqlamasına görə, doktorlar bibər qazı nəticəsində onun nəfəs borularında, ağ ciyərində problemlər yarandığını deyiblər.
Qeyd edək ki, bir müddət öncə “mən dilimlə yaşaram”, “övladlarımıza qarşı işgəncələrə son verin” həştəqı ilə Yaşar Piriyə dəstək kampeyni başladılıb. Müxtəlif təbəqələrdən olan sosial şəbəkə istifadəçiləri tuit və mesajlarla Tehran hökumətinin milli-mədəni fəallara qarşı qəddar davranışlarına etirazlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button