İran

YATAQXANALARIN YENİDƏN AÇILMASI HƏLƏ MÜMKÜN DEYİL

Şərif Danişqahının təhsil işləri müavini doktor Rəştçian öyrənclərin sonuncu termlərinin (smestr) məcazi keçiriləcəyini açıqlayıb. “İmtahanlar zamanı yataqxanaların yenidən açılması mümkün deyil. Təhsil ilinin ikinci yarısında karşinasi məqtəində (bakalavr pilləsində) və təkmilləşdirmə təhsilində oxuyan öyrəncilərdən bu termdə qeyri-hüzuri imtahan götürüləcək. Difa (dissertasiya müdafiəsi) etmələri də qeyri-hüzuri keçiriləcək. Yataqxanaların yenidən açılması hələ mümkün deyil. Təkmilləşdirmə təhsili öyrənciləri təhqiqat projələrini etmək üçün, behdaşti protokollara riayət edərək, danişqaha gələ bilərlər. Danişqahın Korona ilə Mübarizə Sitadı, cari təhsil ilinin sonuncu yarımilində imtahanların, bütün təhsil məqtələri üçün qeyri-hüzuri keçirilməsinə təsmim tutub (qərar çıxarıb)”, – deyə məlumat verib.

Related Articles

Bir cavab yazın

Back to top button