Dünyaİran

​​Yaxın Şərqdə müharibə: İranın Azərbaycana təhlükəsi hansı şəraitdə artacaq?

Livan Hizbullahının minianaloqu olan azərbaycanlı Hüseyniyyun qrupunun fəallaşması fonunda xatırlatmaq yerinə düşər ki, ötən il noyabrın 2-də AZfront 2018-ci ilin iyun ayı üçün öz materiallarına istinad edərək qeyd etmişdi:

“1980-2010-cu illərdə İranın Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytdə təxribat fəaliyyəti təcrübəsi İran xüsusi xidmət orqanları və onların peyklərinin terror aktları törətməklə və adam oğurlamaqla (insanları ələ keçirməklə) taktiki problemləri həll etmək iqtidarında olduğunu göstərir… 2018-ci ilin martında İranın Ali Milli Təhlükəsizlik Şurası bir sıra ixtisaslaşmış strukturların (ilk növbədə İİKK və Kəşfiyyat Nazirliyi) fəaliyyətini gücləndirmək və İranın strateji maraqları zonasında yerləşən müsəlman ölkələrində, o cümlədən Azərbaycan Respublikasında sabitliyin pozulmasını qızışdırmaq imkanlarını artırmaq üçün tədbirlər görüb. Əsas vasitələr kimi aşağıdakılar göstərilir:

▪️ Dini-siyasi strukturların və qeyri-rəsmi dini icmaların rəhbərliyində təsir agentləri.

▪️ Kütləvi terror aktları (o cümlədən şiə-sünni və millətlərarası toqquşmaların qızışdırılması, habelə hakimiyyəti gözdən salmaq məqsədilə) və yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd cəhdləri; kütləvi etirazların təhrik edilməsi və təşkili kimi tapşırıqları yerinə yetirməyə qadir olan konservativ agentura.

▪️ Ən populyar sosial şəbəkələrdə uydurulmuş məlumatların yer aldığı hesabların yaradılması, təşviqi və əlaqələndirilmiş şəkildə idarə edilməsi.

Sadalanan vasitələrdən Azərbaycan Respublikasına qarşı istifadə ehtimalı aşağıdakı hallarda arta bilər:

2. Ümumi daxili sabitliyin pozulması və ya İsrail/Amerika müdaxiləsi nəticəsində İranın teokratik rejimi üçün real təhlükənin yaranması.

3. İranın regional fəaliyyətini cilovlamaq üçün İsrail/ABŞ-nin fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakı.

4. İranın İsraillə hərbi qarşıdurmasının genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi.

Sadalanan ssenarilərin hər biri reallaşarsa, İranın Azərbaycan istiqamətində təxribat fəaliyyətini gücləndirmək təhlükəsi daha da artacaq. Bu, həm İsrail/yəhudi, həm də Amerika obyektlərinə/vətəndaşlarına qarşı cavab əməliyyatları, həm də Azərbaycanda sabitliyin pozulmasına yönəlmiş birbaşa cəhdlərdən ibarət olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button