Azərbaycanİran

Yaxın vaxtlarda İrandakı Azərbaycan Səfirliyinə hücum edən şəxsin məhkəməsi keçiriləcək

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş Prokuroru Məhəmməd Müvəhhidi Azad arasında videokonfrans formatında görüş baş tutub.

Görüşdə ikitərəfli hüquqi, məhkəmə sahəsində əməkdaşlıqlar, o cümlədən hüquqi sahədə əməkdaşlığa dair anlaşma memorandumunun yekunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı tərəflər Azərbaycanın İrandakı səfirliyinə hücum və onu törədən şəxslərlə bağlı İran ədliyyə qurumları tərəfindən işin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu xüsusda hüquqi və rəsmi iş yekunlaşdıqdan sonra məhkəmənin vaxtının müəyyən ediləcəyi və yaxın vaxtlarda məhkəmə keçiriləcəyi açıqlanıb.

Eləcə də görüşdə tərəflər ikitərəfli münasibltlərdə yeni müsbət səhifənin açılmasından məmnunluq ifadə ediblər. İranlı həmkarı Kamran Əliyevi Tehrana səfərə dəvət edib.

Related Articles

Bir cavab yazın

Back to top button