İran

YENI KORONA DALĞASI ƏLAMƏTSIZ MƏRİZLƏRLƏ GƏLİR

Gilan ustanının Tibb Elmləri Sazmanının müavini başlayan yenə koronavirus dalğasında mərizxanalara gedən mərizlərin mərizçilik əlamətinin olmadığını bildirib.
Abtin Heydərzadə koronavirusun göründüyü insanların bir çoxunda virusun olduğu halda əlamətlərinin az və hətta olmadığını bildirib. Heydərzadə alınan koronavirus testləriylə bağlı bildirib ki, gün nərzində 150 nəfərdən korona testi alınır.
Heydərzadə hər 10 min korona tutandan 110 nəfərin mərizxanalarda yatdığını, yüzdə 50-nin əlamətsiz olduğunu bildirib.
Xatırladaq ki, İranda dövlət və uzmanların bütün xəbərdarlıqlarına rəğmən hər tətil zamanı səyahətlər çoxalır. Xəzər dənizinin sahilindəki şəhərlərə gedən musafirlər çoxaldıqca mərizliyin yayılması da sürətlənir.
Gilan ustanının Tibb Elmləri Sazmanının müavini bildirib ki, hər tətildən 5-10 gün sonra yeni bir korona dalğasına şahid oluruq.

Related Articles

Bir cavab yazın

Back to top button