AzərbaycanBölgəSiyasət

YUNESCO-nun 20 ildir ki Gürcüstanın “David Qareci” barədə təklifini qəbul etməməsinin əsl səbəbi – ŞƏRH

İşğalçı və acgöz Ermənistanla qonşuluq bizə onu öyrədib ki, Azərbaycana ərazi iddiaları həmişə fərqli elmi dərəcəyə malik tarixçilərin hərəkətə gəlməsindən və siyasətçilər üçün “yastıq” düzəltməsindən başlayır.

Aznews.tv-nin Day.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycana qarşı ərazi iddialarını açıq bəyan etməmişdən öncə saxta, erməni tarixçiləri, arxeoloqları və digər mütəxəssisləri uzun illər boyunca təhrif olunmuş məlumatlara əsaslanan yazılar və məlumatlar dərc edirdilər.

Yeri gəlmişkən, ermənilərə bu işdə başqa xristian ölkələri təmsil edən həmkarları kömək ediblər.

Bu işinin nəticəsində qanlı münqaişə və Azərbaycan torpaqları baş verir.

Təəsüf ki, Azərbaycan vaxtında bu məsələyə diqqət yetirmədi və nəticələr bizim üçün gözlənilməz oldu. Lakin biz bunu təkcə 8 may Şuşanın (ermənilər tərəfindən tarixi təhrif edilmiş Azərbaycanın mədəniyyət mərkəzlərindən biri) işğalı günü ilə əlaqədar yada salmırıq. Buna səbəb, başqa sərhədimizdə gərgin gündən-günə təhlükəli siqnallar almağımızdır.

Söhbət gürcülər tərəfindən alışdırılan Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən Keçikçidan (David Qareci) məbəd kompleksindən gedir. Bu zamanadək Azərbaycan, ölkələrimizin səmimi qonşuluğuna ziyan vurmamaq üçün bu məsələnin şişirtməkən qaçırdı. Lakin gürcü tərəfi, bizə bəlli olmayan səbəbdən, məsələni gərginləşdirməyə başladı və, nəticədə, artıq bu məsələni gözardı etmək mümkün deyil.

Həmişə olduğu kimi, belə hallarda siyasətçilərin iddialarına tarixçilərin “şahidliyi” əlavə edilir. İki il öncə gürcü arxeoloqlar burada araşdırmalar apararaq, gürcü KİV-lərin məlumatına görə, “unikal tapıntılar” əldə edərək monastırın “sirrini açmışdılar”. Lakin ermənilərlə bağlı topladığımız təcrübə bizi bu dəfə ayıq olmağa imkan verdi.

Bu məsələ ilə bağlı öz fikrini Azərbaycan tarixçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib.

Onun sözlərinə görə, demək olar ki buradakı bütün tikililər XIX-cu əsrdən sonra, Rusiya gürcü kilsəsini bu ərazilərə buraxdıqdan sonra inşa edilib. Mağaradakı bütün gürcü yazıları və freskaları XIX-XX-ci əsrlərə aiddir.

“Yəni bütün monastır kompleksi orta əsrlərə aidiyyatı olmayan yeni bir tikilidir. Alban kilsəsinin ləğvindən və çar Rusiyasının bölgəyə gəlməsindən sonra mağaraların bir çoxu son iki əsr ərzində gürcü keşişləri tərəfindən kelyalara (dua otaqlarına) çevrilib. Məhz elə bu zaman bölgədə kütləvi şəkildə gürcü kilsələrinin və digər məbədlərin tikintisi başladı. Sonra o kilsələrdə müxtəlif rahiblərin qalıqları basdırılıb. Lakin hal-hazırda bu orta əsrlərə aid Gürcüstan irsi kimi təqdim olunur. Bura gətirilən zəvvarlara, məktəblilərə, turistlərə şah Abbas başda olmaqla “vandal-türklər” tərəfindən məhv edilən qədim Gürcüstan irsindən bəhs edilir. Maraqlıdır ki, gürcü tarixçilər usanmadan müsəlmanların qəddarlığı mövzusunu şişirdirlər. Ola bilsin ki, onlar bu vasitə ilə bu ərazilərə iddialı olan gürcülərin “haqlı olduğunu” xristian dünyasına çatdırmaq istəyirlər. Düşünmürəm ki, bu təşviqat səmimi qonşuluğa xeyir verir. Tam əksinə”, – deyə tarixçi vurğulayıb.

Eyni zamanda R.Hüseynov bir sıra maraqlı faktın üstünü açıb. Məlum olub ki, uzun illər boyu gürcü tərəfi Azərbaycan sərhədindən kompleksə yaxınlaşmağa mane olurmuş. Orada araşdırmalar aparmaq istəyən alimlərdən, sərhədçilər, problem yaşamamaq üçün, gürcü tərəfindən yaxınlaşmağı xahiş edirdilər. Hətta bir dəfə iki azərbaycanlı qadın-alim Azərbaycan tərəfindən monastıra yaxınlaşmaq istədikdə qarşı tərəf onları döyməyə cəhd etmişdi.

Buna baxmayaraq, azərbaycanlı araşdırmaçı Abbas İslamov məbədin ərazisində işlər aparmağa və həm mağaralar, həm də kompleks haqqında çoxlu kəşflər etməyə nail olur. Onun bir sıra alimlərlə birgə həyata keçirdiyi landşaft, coğrafi və arxeoloji təhlilər nəticəsində məlum olub ki, mağaralar xristian dövründən daha qədim zamanlarda əcdadlarımız tərəfindən yaşayış yeri kimi qurulmuşdur. Onların həyatı sıx şəkildə ovçuluq və heyvandarlıqla bağlı olub.

Tarixçi vurğulayıb ki, Keşikçidağ silsiləsində mağara məskənlərin yaradılması xristian erasında qat-qat öncə baş verib. Buna əlavə sübut kimi, ətrafda tapılan çoxlu sayda türk mədəniyyətinə xas olan kurqan məzarlarını gətirmək olar. Burada e.ə II minilliyə təsadüf edən çoxlu sayda kurqanların tapılması onu göstərir ki, əcnəbi mətnlərdə “skif” kimi gedən oğuzlar uzun müddət burada nəinki mövcud, həm də hakim olublar.

R.Hüseynov həm də 2017-ci ildə professor Nodar Baxtadzenin rəhbərliyi tərəfindən kəşf edilən o “unikal” tapıntılar haqqında bəhs edib.

“Gürcü alim orada “XVII-ci əsrdə İrandan bu bölgəyə orduların gəldiyi zaman bu monastırda gizlətdiyi” çoxlu sayda mis qab-qacaq tapmışdır. Lakin professor tapılan artefaktların tarixi və aidiyyatı barədə qərar verməkdə tələsib. Məlum olub ki, tapılan qab-qacaq XVII əsrə və ya ondan daha qədim dövrə aid edilə bilməz. Bu cür qab-qacağa Azərbaycan Milli tarix muzeyində və ölkəmizin digər fondlarında rast gəlmək olar. Monastırda tapılan əşyalar daha çox Azərbaycan məişətinə xasdır. Orada tapılan yeganə qulplu geniş qab XVIII-XIX-cu əsrlərə aid edilə bilər, qalan tapıntılar XIX əsrə və XX əvvələrinə aiddir. Məsələ ondadır ki, qab-qacaq əsrlər boyu yerin altında qaldıqda zağlama səviyyəsi onun xarici görünüşünü, gürcülərin təqdim etdiyi şəkillərdəkilərdən daha ciddi dəyişdirir. Bundan əalvə, tapılan qab-qacaqlar əsasən, plov hazırlanması üçün istifadə edilib. Belə qazanlarda nənələrimiz plov bişirəridilər. Gürcülərdə, həmçinin rahiblərdə, belə ənənə müşahidə olunmayıb”, – deyə tarixçi qeyd edib.

Qeyd edək ki, gürcü tərəfi David Qareci kompleksini Gürcüstanın ən əsas məbədlərdən biri kimi qələmə verir. Bununla kifayətlənməyərək, gürcü KİV-ləri və turfirmaları bu kompleksin YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edildiyini yazırlar. Lakin bu yalan məlumatdır. Gürcüstan 2007-ci ildən onun adını YUNESKO-nun müvafiq siyahısına salınmasını təklif edir. Lakin yeni tikili olduğu üçün siyahıya alınmır.

Və ən xoşagəlməz hal ondan ibarətdir ki, gürcü tərəfi bu kompleksin “Şərqi Gürcüstan” ərazisində yerləşdiyini bildirirlər.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button