Azərbaycan

Yuta ştatında Xocalı Faciəsi ilə bağlı sərgi açılıb

Amerikanın Yuta əyalətində Xocalı faciəsinin 29-cu ilinə həsr olunan sərgi açılıb. Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitənin dəstəyi ilə Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə ilgili açıq havada sərgi keçirilib.
Sərgidə ermənilərin Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini göstərən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Sərgi yerli sakinlərin marağına səbəb olub. Onlar Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta əyalətinin fərmandarı Spenser Koks da olub.
Sərginin fevriyyənin 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Back to top button