İran

Yüzlərlə iranlı yazıçı və tədqiqatçı İranda edamların dərhal dayandırılmasını istədi

Aralarında onlarla tanınmış simanın da olduğu yüzlərlə yazıçı, tərcüməçi, tədqiqatçı və mədəniyyət fəalı bəyanat yayaraq, İranda yeni edam dalğasına qarşı çıxıb və “bu bədnam prosesə” tez son qoymağa çağırıb.

“Biz bu bəyanatı imzalayanlar edama, bu mütəşəkkil hökumət qətlinə qarşı olduğumuzu bəyan edir və İran xalqı ilə birlikdə bu prosesə son qoyulmasını tələb edirik”,-deyə, yazıçıların bəyanatında bildirilib.

Bəyanatı Dariuş Aşuri, Murad Fərhadpur, Yusif Abazəri, Firuzə Mühacir, Nazi Əzima, Fatimə Vəlyiani, Abbas Müxbir və Möhsün Yelfani kimi tanınmış simalar imzalayıb.

Related Articles

Bir cavab yazın

Back to top button