Azərbaycanİran

Zəncanlılardan Xoya dəstək

Güney Azərbaycanın Zəncan şəhərindən Xoyda zəlzələdən xəsarət alanlara geniş dəstək verilib.

Fevralın 3-də zəncanlıların topladığı zəruri mallar 10 yük maşını vasitəsilə Xoy şəhərinə göndərilib.

Yük maşınlarının üzərində Azərbaycan dilində müxtəlif dəstək şüarları, o cümlədən “Zəncandan Xoya yardım”, “vətən adına birlik yaraşar” sözləri yazılmış plakatlar asılıb.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun verdiyi məlumata görə, zəlzələ nəticəsində  9 250 istifadəsiz vəziyyətə düşüb.

Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Related Articles

Bir cavab yazın

Back to top button