İran

ZƏNGANDA 8 TARİXİ ƏSƏR TƏMİR EDİLƏCƏK

Zəngan ustanının Fərhəngi mirası, Turizim və Əl işləri müdürü ustanın 8 tarixi əsərinin xususi sahənin də iştirakıyla təmir olunacağından xəbər verib.
Əmir Ərcməndin dediyinə görə, keçirilən iclasda xususi şəxslərin ixtiyarında olan 8 bilindik tarixi əsərlərin təmir olunması üçün gərəkən anlaşmalara yetişilib. Ərcmənd millətin də tarixi əsərləri qoruyub yaşatmaq adına diqqətlərinin artırılması üçün bəzi tarixi binalar özəlləşdirilib. Lakin ortaq bir şəkildə təmir ediləcək.
Ərcməndin dediyinə görə, hazırda Zəngan bazarının Nasiri və Zəbihiyan hissəsi təmir edilir və gələn günlərdə ayrı binalar da təmir ediləcək.
Cavan Jurnalistlər Başqahı Xəbər Ajansının yayınladığı xəbərə görə, bu tərhə 70 milyon tümənlik bir budcə nəzərdə tutulub.
Xatırladaq ki, tarixi Azərbaycan ərazisində çoxlu dünyaca məşhur və dəyərli tarixi əsər tamamən aradan getmə təhlükəsiylə üz üzə qalıb. İran hakimiyyətinin özəlliklə Fars olmayan məntəqələrdə tarixi əsərlərə yetərli dəyər verməməsi və turizim iqtisadının zəyif olması bu əsərlərin zamanla aradan getməsinə səbəb olub. Turizim uzmanlarının görüşünə görə, Azərbaycan məntəqəsində onlarca tarixi əsər geniş turizm potensialı daşıyır, ancaq baxımsızlıq və imkanların yetərsizliyi və habelə İran qanunlarının xarici turistlərə müşkül düzəltməsi üçün bu potansiyellər dəyərləndirilmir.
Özəlliklə dünyada İsfahan və Şiraz kimi şəhərlərin tarixi əsərləri hakimiyyət tərəfindən təbliğ edilən bir zamanda Azərbaycan məntəqəsinin tarixi əsərləri gizlədilir. Buna görə də yüksək gəlir gətirə biləcək turizim sənəti Azərbaycan məntəqəsində yetərli qədər inkişaf etməyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close