İran

Zənganda koronavirusa görə muzeylərin fəaliyyəti dayandırılır

Koronavirusla bağlı vəziyyətin qırmızı elan edildiyi Zəngan ustanının şəhərlərində muzə və tarixi məkanların fəaliyyəti dayandırılır. Məsələ ilə bağlı Zəngan Ustanı Fərhəngi Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əmir Ərcmənd açıqlama verib. Onun sözlərinə görə, muzələr, mədəni və tarixi məkanların yenidən fəaliyyətə başlaması ilə bağlı qərarın veriləcəyi tarix dəqiq məlum deyil. Əmir Ərcmənd bildirib ki, hazırda ustanda Milli Əsərlər Listində səbt olunmuş əsərlərin sayı 847-ə bərabərdir. Onlardan 760 əsər daşınmaz, 25 əsər daşınar, 48 əsər duyulmaz, 10 əsər təbii miras, 4 əsər isə tarixi-mədəni dəyəri olan əsərlər kimi həmin listdə yer alır.

Related Articles

Bir cavab yazın

Back to top button