İran

Zənganda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Zənganın Tibb Elmləri Danişqahının rəisi doktor Pərviz Qızılbaş əyalətdə koronavirusla bağlı son durumu açıqlayıb. Şaxislərə istinadən, Əbhər, Xürrəmdərə, Mahnişan və Tarım şəhərlərində başqa bölgələrlə müqayisədə mərizliklə ilgili durum daha ciddidir. Pərviz Qızılbaş bildirib ki, bu vilayətdə PCR sınağının müsbət olması yüzdə 10-dan yüksəkdir.
Xürrəmdərədə ciddi tədbirlərin görülməsinə baxmayaraq, burada PCR sınağının müsbət olması yüzdə 22-yə bərabərdir. Tarımda isə bu göstəricinin yüzdə 15-dən yüksək olduğu açıqlanıb.
Pərviz Qızılbaş, habelə əhaliyə müraciət edərək sağlıq protokollarına riayət etməyin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button