İran

Naməlum agentlər Kermanşah hərbi bazasını hədəfə alıblar

Ötən gün sosial mediada Sepah-ın Kermanşah vilayətinin Mahidəşt bölgəsində yerləşən hərbi bazasında yanğın hadisəsinin qeydə alınması ilə bağlı məlumatlar yayılmışdı.

Sözügedən ajansın yazdığına görə, həmin yanğın naməlum şəxslərin bazaya hücumundan sonra yaranan partlayış nəticəsində meydana gəlib.

Eyni zamanda daxili mənbələrdən alınan məlumata görə, sözügedən hərbi mərkəz, yanacaq və təyyarə texnikası anbarı, habelə buradakı hərbi obyektlər məhv edilib.

Qeyd edək ki, dünən İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın “Nurnews” xəbər ajansı iddia edib ki, guya yanğın hadisəsi Sepah-ın mühərrik yağı və yanan materialların saxlandığı anbarında baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button