Azərbaycan

Zənganda silahlı tarixi əsər qaçaqmalçıları saxlanıldı

Zənganda silahlı tarixi əsər qaçaqmalçıları həbs olunub. Bu barədə Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkovnik Hüseynəli Fəzli məlumat yayıb.

Hüseynəli Fəzli mediaya verdiyi açıqlamada əyalətin İcrud şəhərində 3 silahlı tarixi əsər qaçaqmalçısının saxlanıldığını deyib.

Məlumatda bildirirlir ki, keçirilən əməliyyat zamanı qanunsuz qazıntı həyata keçirən 3 qaçaqmalçı saxlanılıb, onlara məxsus mexaniki və elektronik qazıntı avadanlıqları və odlu silah götürülüb.

Hüseynəli Fəzlinin sözlərinə gğrə, saxlanılanlar və müsadirə olunan əşyalar əşyalar cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verilib.

Polkovnik Fəzli qaçaqmalçıların kimliyi barədə açıqlama verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button