Dünya

Avropa Birliyi Türkiyəyə qarşı sanksiya planını dondurub

Avropa Birliyi Türkiyəyə məxsus Türk Nəft Şirkətinin yüksək vəzifəli rəsmilərinə qarşı təhrim planlarını dondurub. Bu barədə “Reuters” ajansı adının açıqlanmasını istəməyən Avropa Birliyi diplomatlarına istinadən bildirib. “Türkiyəli rəsmilərin “qara listə”yə salınması üzərində işlər dayanıb və biz artıq iqtisadi təhrimlərdən danışmırıq”, – deyə diplomatlardan biri bildirib. Başqa diplomat isə qeyd edib ki, Avropa Birliyi Türkiyə ilə problemlərin həllində diplomatik yoldan istifadə etməyi düşünür. Diplomatların sözlərinə görə, Bayden dəftəri Brüsselə Türkiyəyə qarşı əlavə təhrimlərin tətbiqinin dayandırılması barədə bildiriş edib. Vurğulanıb ki, NATO müttəfiqi, Avropa Birliyinə üzvlüyə namizəd ölkə olan Türkiyə güzəştə getməyə və əməkdaşlığa hazır görünür. Xatırladaq ki, Avropa Birliyi liderləri ötən ilin desambrında Türkiyənin Aralıq dənizinin doğusunda təbii qaz yataqlarındakı qazma fəaliyyətləri barədə açıqlama yayıb. Burada türkiyəli rəsmilərin hesablarının dondurulması və səyahət qadağalarının tətbiqi təklif olunub. Ancaq təhrimlərin tətbiq olunması nəzərdə tutulan şəxslərin adları açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button