İran

Zənganın Qarabağın yenidən qurulmasında iştirakı üçün zəmin yaranıb

“Zəngan vilayətinin Qarabağın azad edilmiş məntəqələrinin yenidən qurulmasında iştirakı üçün zəmin yaranıb. Şirkətlər bu işdə fəal iştirak etməlidir”. Bu fikirləri Zəngan Ticarət və Sənaye Otağının rəisi Əli Yeganefərd vilayətin Danışıq Şurasının toplantında səsləndirib. O, Ermənistanın Tehrandakı səfirini Zəngan vilayətinə dəvət etmək planlarından danışıb. Ermənistana ticari timin göndərilməsi üçün hazırlıqların aparıldığını qeyd edib. Bildirək ki, İran Qarabağ savaşı dövründə işğalçı Ermənistana siyasi, iqtisadi və nizami dəstək göstərib. Ancaq Azərbaycan işğal altındakı torpaqları geri aldıqdan və savaşda qalib gəldikdən sonra Bakıya heyətlər göndərməyə başlayıb. Beləliklə, İran Qarabağın yenidən qurulmasında iştirak etmək üçün çalışmalara başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button