Azərbaycanİran

Zənganlı fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib

Güney Azərbaycanın Zəncan şəhərindən olan və 2022-ci ilin oktyabr ayının 11-də Kərəc şəhərində həbs edilən ictimai fəal Nilufər Şakiri 6 il azadlıqdan məhrum edilib.

Onun 2 illiyə ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə onun anası özünün sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, Nilufər Şakirinin mühakimə zamanı vəkillə təmin olunmasına icazə verilməyib.

Qeyd edək ki, işgəncə edildiyi üçün Nilufər Şakiri dekabrın 4-də daxili qanaxma səbəbilə xəstəxanaya köçürülüb və normal müalicə olunmadan yenidən həbsxanaya qaytarılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button