Azərbaycanlı fəal bundan öncə “etiraz aksiyaları ilə bağlı məlumatlar yayaraq hökumətə qarşı təbliğat”da ittiham olunmuşdu.
Qeyd edək ki, Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində ETTELAAT məmurları tərəfindən saxlanılıb və bu qurumun təcridxanasına aparılıb.
Hüquq müdafiəçisi oktyabrın 8-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
O, bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.
Azərbaycanlı hüquq müdafiəçisi “ictimai fikri çaşdırmaq”, “hökumətə qarşı təbliğat aparmaq” və “yalan məlumat yaymaq”da ittiham edilərək məhkumluq dövrü yaşayıb.