AzərbaycanDünya

​Zəfər Günündə Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidələri ziyarət olunub

Türkiyənin Zəfər Günü milli bayramı münasibətilə Bakıda Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsi ziyarət olunub. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin, burada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

Türkiyə səfiri Cahit Bağçı çıxış edərək Mustafa Kamal Atatürkün idarəçiliyində türk əsgərlərinin qəhrəmanlığından danışıb.

Şəhidlərin ruhunu yad edib və Zəfər gününün əhəmiyyətini diqqətə çatdırıb.

Sonda Türk Şəhidliyi və Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidələrinin  əklillər qoyulub.

Qeyd edək ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi Türkiyədə bayram kimi qeyd olunur.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb.

1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Avqustun 30-u, həmçinin,  Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.

Related Articles

Bir cavab yazın

Back to top button