Azərbaycanİran

Zəhərlənmə əlamətləri olan 20 Təbrizli qız öyrənci xəstəxanaya köçürülüb

Dünən, çərşənbə axşamı, öyrəncilərin ardıcıl zəhərlənməsi və məktəblərə hücumların davamı olaraq, Doğu Azərbaycan əyalətinin təcili tibbi yardım şöbəsinin müdiri Təbrizdən 20 qız öyrəncinin nəfəs darlığı səbəbi ilə xəstəxanaya köçürüldüyünü açıqlayıb.

İsna dövlət xəbər agentliyinin məlumatına görə, Doğu Azərbaycanın fövqəladə hallar təşkilatının rəisi deyib:  ” çərşənbə axşamı saat 11:30 radələrində Təbrizin Bağmışə qəsəbəsindəki bir məktəbdə bir neçə öyrəncinin tənəffüs simptomları və nəfəs darlığı olması xəbəri ilə təcili yardım maşınları hadisə yerinə gedib”.

O əlavə etdi: 15 yaşlı qız öyrəncilərdən 20-də simptomların olduğu nəzərə alınaraq, təcili yardım mütəxəssislərinin nəzarəti altında 4 təcili yardım maşını ilə bu öyrəncilər Sina xəstəxanasına aparılıb. Xoşbəxtlikdən öyrəncilərin vəziyyəti əlverişlidir.

Bundan öncə Şərq Şəbəkəsinin xəbərinə görə, aprelin 3-də Sulduzda Məhəmmədyarın 22 Bəhmən qız məktəbi kimyəvi hücuma məruz qalıb və bir neçə öyrənci zəhərlənərək tibb mərkəzlərinə aparılıb. Bu hücum zamanı zəhərlənən öyrəncilərin sayının 5 olduğu açıqlanıb. İndi aprelin 3-ü və 4-də Təbrizli öyrəncilər də daxil olmaqla, ən azı iyirmi beş öyrənci zəhərli qazlarla hücumlar nəticəsində zəhərlənərək xəstəxanaya aparılıb.

İslam Respublikasının rəhbəri “Əli Xamenei” və baçqa rəsmilərin məktəbləri edılin hücum ilə məşğul olmağı vurğulamasına baxmayaraq, Novruz bayramlarından sonra bu hücumlar Sulduz və Təbrizdə məktəblərin açılmasından sonra da davam edib.

Novruz bayramı öncəsi Daxili İşlər Nazirliyinin təhlükəsizlik müavini məktəblərə kimyəvi hücumda iştirak edən bəzi “düşmən olmayan” şəxslərin həbs edildiyini açıqlayıb. Qumdakı ilk hücumlardan sonra bəzi ekspertlər qız məktəblərinə hücumların səbəbkarı kimi İslam Respublikasındakı ekstremist dini qrupları müəyyən ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button