Dünya

Zəlzələdə ölənlərin sayı 35 minə çatır

Türkiyədə zəlzələ zamanı ölənlərin sayı 35418 nəfərə çatıb.

bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qurumdan axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Related Articles

Bir cavab yazın

Back to top button