İran

Zəmhəri̇r kəndi̇ni̇n saki̇nləri̇ eti̇raz aksi̇yası keçi̇ri̇blər

Doğu Azərbaycanın Mərənd şəhərinin Zəmhərir kəndinin sakinləri mədənlərin yadlar tərəfindən talanmasına və yaşam çevrəsinin dağıdılmasına etiraz ediblər. Belə ki, kəndlilər mədənə gedən yolu şumlayıblar və mədənçilərə torpaq daşıyan yük maşınlarının yolunu bağlayıblar. Bildirək ki, ordibeheştin əvvəlində də Mərəndin Günəvə kəndinin sakinləri etiraz mitinqi keçiriblər. Onlar yolu bağlayaraq mədənçilərin kəndə girişinin qarşısını alıblar. Fərvərdinin sonunda da Tikantəpə bölgəsinin Yulqun Ağac kəndinin sakinləri Papaq Qala mədənində işləyən isfahanlı mədənçilərin çalışmalarına qarşı çıxıblar. Onların yeni təchizat ilə maşınlarının bölgəyə gətirilməsinin qarşısını alıblar. Vurğulayaq ki, Orta Şərqdə ən böyük qızıl, mis, qurğuşun, ruy ilə filiz mədəni olan Güney Azərbaycan İran hökumətinin ayrı-seçkilik siyasətinə görə gəlişmədən geri qalır. Bu kimi imkanlara baxmayaraq, güney azərbaycanlılar yoxsulluq ilə işsizlik kimi müşküllərdən əziyyət çəkirlər.

Related Articles

Bir cavab yazın

Back to top button