Azərbaycanİran

Zəncanın əl işi sənayesi yox olmaq üzrədir

Zəncan şəhərinin əsas əl işi nümunələrindən olan və İranla yanaşı, başqa ölkələrdə də məşhurlaşan Zəncan bıçağı sənayesi yox olmaq üzrədir

. Bu barədə Zəncan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı məlumat yayıb.

Səbəb kimi xaricdən ölkəyə bıçaqların idxalının artması göstərilib. Bununla yanaşı, bu işlə məşğul olanlara yetərli şəraitin yaradılmaması, onlara dəstək verilməməsinin də bu əl işinin rövnəqdən düşməsində əhəmiyyətli dərəcədə rol oynadığı qeyd edilib.

Qeyd edək ki, hazırda Zəncanda 700 sexdə 1500-dən çox sənətçi Zəncan bıçağı istehsalı ilə məşğul olur.

Related Articles

Bir cavab yazın

Back to top button