İran

Zəngan xəstəxanalarında covid-19-la bağlı durum

Zənganın fərmandarı Rza Əsgəri Xalq Yönlü Qurumların şəhrivərin 5-də keçirilmiş cələsəsində çıxış edib. O, ötən 6 ayda bu qurumların dövlət sazimanları ilə birgə koronavirusa qarşı mübarizəsindən danışıb. Rza Əsgəri bildirib ki, Zəngan ustanında COVİD-19-un pik həddə çatmaması qurumların çalışmaları nəticəsində olub. Məlumata görə, mərizliyin ilk dönəmində ölkədəki evlərdə yerləşdirilmiş hardasa 160 məriz yatağı həmin qurumların yardımı ilə 3 həftədən az bir müddət olaraq yığışdırılıb Musəvi adına Mərizxanaya verilib. Xalq Yönlü Qurumların köməyilə 1 400 məriz yatağı mərizlər üçün ayrılmış yerlərdə təchiz edilib və istifadə üçün yararlı duruma gətirilib.
Rza Əsgəri əhalinin koronavirus təhlükəsinə qarşı etinasız olduğunu vurğulayıb. “Bu virusa qarşı vaksinin yaradılması üçün çox vaxt sərf olunacaq. Ona görə də öz yaşam tərzimizi dəyişməkdən və sağlıq göstərişlərinə riayət etməkdən savayı çarəmiz qalmayıb. Xalq Yönlü Qurumların virusu önləməklə bağlı insanları öyrətməkdə geniş imkan və bacarıqları var”, – deyə o, bildirib.
Zənganın fərmandarı ustanda mərizxana imkanlarının geniş olmadığını açıqlayıb. Onun sözlərinə görə, virusun ikinci dalğasında mərizxanalara gündəlik 120 nəfərdən çox müraciət daxil olur.
“Zənganda ICU tipli məriz yataqları çatmır, ona görə də qurumların köməyinə ehtiyacımız var. Onlar xeyriyyəçilərin yardımlarının müəyyən miqdarını mərizxana yataqlarının artırılmasına yönəldə bilərlər”, – deyə Rza Əsgəri əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button