İqtisadiyyatİran

Zənganda çərəz qiymətləri kəskin artıb

Zənganda acil məhsullarının qiymətləri bahalaşıb. Məsələ ilə bağlı Zəngan Əyaləti Əsnaf Otağının rəisi Seyid Mahmud Musəvi açıqlama verib. Onun sözlərinə görə, il sonuna yaxınlaşdıqca acil və quru meyvələrin qiymətləri yüksəlib. Özəlliklə təmizlənmiş məhsulların qiymətində kəskin artım görünüb. Məsələn, hazırda Zəngan bazarlarında 1 kiloqram təmizlənmiş fındıq 440 min tüməndən baha qiymətə alıcılara təklif olunur. Məhsul qiymətlərindəki bu artım insanların alıcılıq qabiliyyətinə də yüksək təsir göstərib. Sakinlər deyirlər ki, özəlliklə bayramlarla ilgili olaraq acil və quru meyvələrin qiymətləri artırılır.

Related Articles

Bir cavab yazın

Back to top button